Azərbaycan kubokunun həlledici mərhələsində “Qəbələ”yə qalib gələrək tarixində ilk dəfə ölkə kubokuna sahib çıxan “Keşlə” əksər futbolçuların müqaviləsi başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, klub prezidenti Zaur Axundov və bir sıra futbolçular arasında baş tutacaq görüşdən sonra kimlərin komandada qalıb-qalmayacağı müzakirə ediləcək. Hazırda istirahətdə olan baş məşqçi Yuri Maksimov və yetirmələri iyun ayının 15-i bir araya gələcək. Bu əsnada ukraynalı mütəxəssis hansı oyunçularla yola davam etmək istədiyi barədə Axundova siyahı təqdim edəcək. Daha sonra bir neçə gün sonra isə “Keşlə” təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək.
Əldə etdiyimiz məlumata görə, paytaxt təmsilçisi əsas heyət üzvlərinin göndərilməməsinin tərəfdarıdı. Bu səbəbdən “Keşlə”dən ayrılacaq futbolçuların çoxluq təşkil etməyəcəyi gözlənilir.