“Yuventus” qış transfer pəncərəsində Pyer Emil Hoybyerqi heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora” bu transferi reallaşdırmaq əvvəlcə bir neçə oyunçunu satmalıdır.
Hoybyerq 2020-ci ildən “Tottenhem”də çıxış edir. O, London klubunda 151 oyuna 10 qol vurub və 16 məhsuldar ötürmə edib.

