02 İyul 2026
Dünya futbolu

“Yuventus” fransalı futbolçu ilə müqavilə bağladı

“Yuventus” Fransa millisinin futbolçusu Pyer Kalulunu komandada saxladı.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubu 25 yaşlı müdafiəçi ilə sözləşmə uzadıb. Müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Kalulu ötən mövsümü icarə əsasında A Seriyasının digər klubu “Milan”da keçirib.

Futbolçu ümumilikdə “Yuventus”un heyətində bütün yarışlarda 39 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43