20 İyun 2026
Dünya futbolu

“Yuventus” hücumçusunu itirdi

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Kalyari” ilə oyunda aldığı zədə səbəbindən uzun müddət meydana dönə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı forvardın təxminən iki ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir və onun dönüşü 2025-ci ilin əvvəlində planlaşdırılır.

25 yaşlı Vlahoviç bu mövsüm “Yuventus”un heyətində 17 oyuna 6 qol və 2 asistlə yadda qalıb.

Futbolçunun klubla müqaviləsi isə gələn yay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43