28 İyul 2026
Dünyadan

“Yuventus” ona 70 milyon verməyə hazırdı

İtaliyanın “Yuventus” klubu “Liverpul”un yarımmüdafiəçisi Rahim Sterlinqi heyətinə qatmaqda israrlıdı.

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora” ingilis futbolçuya görə klubuna 70 milyon avro ödəməyə hazırdı.

“Yuve”ylə yanaşı, “Çelsi”, “Mançester Siti”, “Arsenal” kimi klublar da gənc futbolçunu heyətinə qatmaqda maraqlıdı.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 30 matçda meydana çıxan yarımmüdafiəçinin aktivində 7 qol, 7 məhsuldar ötürmə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43