13 İyun 2026
Dünya futbolu

“Yuventus” “Real”ın futbolçusunu istəyir

“Real”ın müdafiəçisi Fran Qarsiya karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu “Yuventus”un maraq dariəsindədir. Turin klubu oyunçunun transferi baş tutmasa, onu icarəyə də götürə bilər.

Son mövsümdə La Liqada 31 oyunda meydana çıxan ispaniyalı futbolçu 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43