Kateqoriyasız

“Zenit”in sabiq futbolçusu “Neftçi”də?

Gürcüstan millisinin üzvü Solomon Kvirkveliya karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Neftçi” onun xidmətində maraqlıdır. “Ağ-qaralar” 30 yaşlı mərkəz müdafiəçisi ilə danışıqları davam etdirir.

Son olaraq ölkəsində “Qaqra”nın formasını geyinən Kvirkveliya hazırda azad agentdir. Karyerası daha çox Rusiya ilə bağlı olan stoper orada “Zenit”, “Rubin”, “Lokomotiv”, “Nefteximik”, “Rotor”, Ukraynada “Metalist” kimi klubların formasını geyinib. 2014-cü ildən Gürcüstan millisinə dəvət alan Kvirkveliya bu ilin aprelində “Qaqra”ya qoşulub və Gürcüstan çempionatında 12 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43