04 İyun 2026
Dünya futbolu

Zinəddin Zidanın oğlu milliyə dəvət aldı

Futbol əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan ilk dəfə Əlcəzair millisinin heyətinə çağırılıb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qapıçı 2014–2018-ci illərdə Fransanın aşağı yaş qruplarında çıxış edib. Bu ilin sentyabrında isə idman vətəndaşlığını dəyişərək atasının vətənini – Əlcəzairi seçib.

Luka Zidan Afrika Millətlər Kubokunun seçmə mərhələsində Somali və Uqandaya qarşı oynaya bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43