Misli Premyer Liqasının VII turunda “Zirə” doğma meydanda “Neftçi”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, “Qartallar” görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, İssa Cibrila, David Volkov, Leroy Mikels, Abdul Aziz Batibie və Vinsent Till zədə səbəbindən meydana çıxa bilməyəcək.
“Neftçi”də isə matça tam heyətlə hazırlaşıb. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur.
Görüş saat 19:30-da start götürəcək.

