Ölkə futbolu

Zirədə hakim biabırçılığı – VİDEO

Misli Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Zirə” – “Sabah” matçında mübahisəli epizodlar yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün 7-ci dəqiqəsində “Sabah”ın müdafiəçisi Amin Seydiyev rəqib futbolçu Andriya Lukoviçin ayağına sərt müdaxilə edib. Bu cür epizdolarda adətən birbaşa “qırmızı” verilsə də, matçın baş hakimi Fərid Hacıyev Seydiyevə sarı vərəqə göstərib.

Qarşılaşmanın 46-cı dəqiqəsində də bənzər bir epizod yaşanıb. Amin Seydiyev bu səfər “Zirə”nin digər futbolçusu Hamidu Keytaya qarşı o cür sərtliklə bir müdaxilə edib. Referi Hacıyevin bu səfərki qərarı isə ev sahibi komandanın oyunçularını özündən çıxarıb.

Belə ki, Fərid Hacıyev birbaşa ayağa olan bu zərbədən sonra nəinki Seydiyevə “qırmızı”, heç ikinci sarı vərəqinə də göstərməyib.

Bunun ardından “Sabah”ın baş məşqçisi Murad Musayev Amini dərhal əvəzləyərək, onun yerinə Tellur Mütəllimovu meydana buraxıb.

Həmin epizodları diqqətinizı çatıdırırıq:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43