Ölkə futbolu

“Qarabağ”dan darmadağın, “Zirə” məğlub oldu – YENİLƏNİB

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış oyunu Sumqayıtda baş tutub. Yerli komanda çempionatın lideri “Qarabağ”ı qəbul edib.Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0.

Bu nəticənin ardından Ağdam təmsilçisi xallarının sayını 71-ə çatdıraraq, liderliyini möhkəmləndirib. “Sumqayıt” isə 21 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda “Zirə” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşün ardından “Sabah” 62 xalla ikinci sıradakı yerini möhkəmləndirib. “Zirə” isə 37 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası
XXVII tur

18:00. “Sumqayıt” – “Qarabağ” 0:6

Qollar: L.Andrade 7, 48, M.Qurbanlı 12,, 45+2, A. Zubir 22, R.Cica 89
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

20:30. “Zirə” – “Sabah” 0:2

Qollar: David Volkov, C.Mikels
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XXVII turun “Səbail” – “Turan Tovuz” və “Neftçi” – “Kəpəz” oyunları martın 16-da, “Qəbələ” – “Şamaxı” görüşü isə martın 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43