Ölkə futbolu

“Qalatasaray” kimi böyük klubun boş vaxtı olmur” – Qurban Qurbanov

Qurbanov şərtlərin iki tərəf üçün də eyni olacağını vurğulayıb: “Qalatasaray”ın heyəti daha adlı-sanlıdır. Azarkeşlərimiz onları görəcəklər. Biz tərəfdən vaxtla bağlı ciddi problem görmürəm. Bu, elə bir oyundur ki, nə vaxt olsa, “yox” deməzdik. Çünki gəlir yardım məqsədilə göndəriləcək. “Qalatasaray” kimi böyük klubun boş vaxtı olmur”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, bu matçın nəticəsi onun üçün önəmli olmayacaq: “Yaxşı oyun göstərmək istəyirik. Biz azarkeşlər üçün oynayırıq. Türkiyədən fanatlar gəlməsə belə, stadionun yarısı onları dəstəkləyəcək. Bakıda “Qalatasaray”ın çoxlu tərəfdarı var. İstərdim ki, azarkeşlər oyundan həzz alsınlar”.

Baş məşqçi bilet üçün ona müraciət edilmədiyini əlavə edib: “Heç kimə bilet verməyəcəyəm. Bu görüşün məqsədi bəllidir. Özləri başa düşürlər. Zarafat olaraq bir-iki dost demişdi. Gülə-gülə olsa da, fikrimi onlara bildirdim. Məqsədimiz odur ki, bacardığımız yardımı edək. İnsanların buna ehtiyacı var. Türkiyəyə yollananda sanki evimizə gedir, orada rahat oluruq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43