06 İyun 2026
Ölkə futbolu

“Zirə”dən 1 transfer, 1 müqavilə

“Zirə” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.

Həmçinin İsmayıl İbrahimli də transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, avrokuboklarda Azərbaycanı təmsil edəcək “Zirə” bu yay Brahim Konatevə Yeqor Boqomolskini də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43