Kateqoriyasız

“Zirə”nin müdafiəçisi üçün mövsüm bitdi – klub açıqladı

“Zirə”nin heyətində ciddi itki baş verib.

İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Rahil Məmmədov sıradan çıxıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, bud nahiyəsindən zədə alan 26 yaşlı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə onun mövsümün qalan hissəsində oynamayacağı deməkdir.

Qeyd edək ki, “Zirə” Rahil Məmmədovu qış fasiləsində “Qarabağ”dan mövsümün sonuna kimi icarəyə götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43