Ölkə futbolu

“Zirə”nin zədəlisi qayıtdı

“Zirə”nin futbolçusu Kervan Belfor zədəsini sağaldıb.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rumıniya “Atra”sı ilə matçda zədə alan futbolçu artıq məşqlərini bərpa edib. Əldə etdiyimiz məlumata görə, Haiti millisinin üzvü Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə” ilə matçda komandasına kömək edə biləcək.

Qeyd edək ki, “Zirə” – “Səbail” oyunu avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43