“Neftçi” “Jelezniçar”a qarşı oyuna çox yaxşı başladı. Topa sahib olmada, rəqibə hücum etməkdə üstünlük qazanmaq istəyirdi. İrəlidə mərkəz hücumçusunun olmamağı açıq-aşkar göründü. Bu vəzifəni isə Filip Ozobiç yerinə yetirmək istəyirdi. Yenə də imkanlar oldu. Komanda çox sadə epizoddan – cinah asmasından qol buraxdı. Buna baxmayaraq, toparlanıb hesabı bərabərləşdirdilər”.
Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məqşçi Elşad Əhmədov UEFA Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçirilən “Jelezniçar” – “Neftçi” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Görünən o idi ki, yeni oyunçuların əsas heyətdə olması bəzi problemlər yaradırdı. Məşqçini başa düşürəm, təzə transferlərə şans vermək istəyir. Mutu üçün bəlli bir vaxt lazımdı. Mərkəz müdafiəçilər mütləq bir-birinə uyğunlaşmalıdı. Komanda hücumçu almalıdır. Cinah müdafiəçisi Ervin Koffi az oynadığı üçün onun barədə nəsə demək hələ tezdir. Sağ müdafiədə də problem görünür. Premyer Liqada güclü komanda düzəltmək üçün “Neftçi”yə 2-3 futbolçu lazımdı. Bunlara baxmayaraq, oyunda məşqçi işi görünür. Komandanın səfərdə sona qədər mübarizə aparıb, qol vurması sevindiricidi. Toparlanıb Bakıda “Jelezniçar”ı keçmək olar”.
Həsən Quluzadə

