Dünya futbolu

Ən yaxşı baş məşqçilərin siyahısı açıqlandı

Karyerası ərzindən heç vaxt Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin siyahısı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “FourFourTwo” nəşri məlumat yayıb. Nəşr tərəfindən edilən siyahıda birinci yerdə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone yer alıb.

İkinci yerdə “Arsenal”ın əfsanəvi çalışdırıcısı Arsen Venger, üçüncü sırada isə ukraynalı mütəxəssis Valeri Lobanovski qərarlaşıb.

İlk “10-luq”da Antonio Konte, Mirçea Luçesku və Unay Emeri kimi baş məşqçilərin adları yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43