İdman

“Anadolu Efes” “Real”ı məğlub etdi

Basketbol üzrə Avroliqanın 24-cü turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin “Anadolu Efes” komandası doğma meydanda “Real” klubu ilə qarşılaşıb. Oyun ev sahibi komandanın 90:89 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisi bununla çempionatdakı 14-cü qələbəsini qazanıb.

“Anadolu Efes” hazırda 28 xalla turnir cədvəlində 10-cu sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43