Dünya futbolu

“Bavariya” Keyni havayı almaq istəyir

“Bavariya” “Tottenhem”in hücumçusu Harri Keyni rənglərinə bağlamaq niyyətindədir.

İdmanxeber.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, London klubu bu yay forvardı satmaq istəmir. Rəhbərlik Keynlə müqavilə uzatmaq niyyətində olsa da, hələlik razılaşa bilməyib.

“Bavariya” isə oyunçu üçün gələn yayı gözləyəcək. Belə ki, ingiltərəli hücumçunun klubu ilə müqaviləsi 2024-cü ildə sona çatır.

Münhen təmsilçisi Keyin üçün təzminat ödəməyib yüksək maaş qarşılığında onu transfer etməyi düşünür.

29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 20 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43