Dünya futbolu

“Qalatasaray”ın Firmino israrı davam edir

“Liverpul”un braziliyalı futbolçusu Robert Firmino bir neçə klubun diqqət mərkəzindədir.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu mövsüm sonu Premyer Liqa klubundan ayrılacaq. Ona Avropanın bir neçə komandasından təkliflər var.

İngiltərə mətbuatı yazır ki, oyunçu onu istəyən klubların içərisindən “Qalatasaray”a daha çox yaxındır. Mənbə Firminionun Türkiyəyə daha rahat uyğunlaşacağını bildirib.

31 yaşlı futbolçunun komandası ilə müqaviləsi mövsüm sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43