Dünya futbolu

Messi Səudiyyə Ərəbistanı klubundan sərvət tələb edib

Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, argentinalı ulduz futbolçu Kristiano Ronaldo ilə eyni liqada mübarizə apara bilər.

Belə ki, futbolçunun atası Xorxe Messi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”la danışıq aparıb. O, klubdan illik 600 milyon avro maaş tələb edib.

Mənbə qarşı tərəfin razılaşacağı təqdirdə, transferin baş tutma ehtimalının yüksək olduğunu bildirir.

Kristiano Ronaldonun “Əl-Nasr”da gəliri ildə 200 milyon avrodur

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43