Dünya futbolu

Benzema “Liverpul” oyununu buraxacaq?

Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real”la “Liverpul” üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, vacib qarşılaşma öncəsi Madrid təmsilçisinin hücumçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib. O, La Liqanın son turunda “Espanyol”la oyununu zədə səbəbindən buraxmışdı.

Fransalı forvardın “Liverpul” matçına hazır olacağı bildirilir. Baş məşqçi Karlo Ançelotti Benzemanın sabah meydanda olacağını açıqlayıb.

Görüş sabah saat 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43