Dünya futbolu

“Hazardla az ünsiyyət edirik” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Eden Hazard barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis belçikalı futbolçu ilə çox ünsiyyət etmədiklərini bildirib:

“Soyuq münasibətimiz yoxdur, amma Hazard düz deyir, həqiqətən də çox ünsiyyət qurmuruq. Ancaq öz övladlarınızın belə bəziləri ilə digərlərindən daha çox danışırsınız. Mənim üçün əsas odur ki, o mənə hörmət edir, mən də ona hörmət edirəm. Niyə oynamamasına gəlincə, komandada yüksək rəqabət var. Onun mövqeyində Vinisius kimi oyunçu çıxış edir.

Hazard daha öncə bir il daha “Real”da qalmaq istəyidiyini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43