Dünya futbolu

“Real”ə qarşı oyunu xüsusi səbirsizliklə gözləyirik” – Trent Aleksander-Arnold

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Çempionlar Liqasının 1\8 final mərhələsi çərçivəsində keçiriləcək “Real” görüşü barədə də danışıb. O, oyun haqqında bunları deyib:

“Real”ə qarşı oyunu xüsusi səbirsizliklə gözləyirik. Milli komandaların oyununlarına qədər vacib görüşə çıxacağıq.

Bu görüşdə əlavə nələrsə etməliyik. Evdə ağır məğlubiyyət alsaq da, Madriddə daha yaxşı olmalıyıq”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43