Dünya futbolu

Zaniolo “Qalatasaray”la bağlı qərarını verib

“Qalatasaray”ın yeni transferi Nikolo Zaniolo klubdakı gələcəyi ilıə bağlı qərarını verib.

İdmanxeber.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, italyalı futbolçu qısa vaxtda komandadan ayrılmağı düşünmür. İlk rəsmi matçında qol vurmağı bacaran “Qalatasaray”ın yeni transferi stadiondakı atmosferdən çox təsirlənib.

Onun mövsüm sonu İstanbul klubundan ayrılacağı bildirilsə də, Zaniolonun belə fikri yoxdur.

Xəbərdə oyunçunun “Qalatasaray”la Çempionlar Liqasında çıxış etmək niyyətində olduğu da bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43