Kateqoriyasız

APOEL Bakıya nə vaxt gəlir?

“Qarabağ”ın Avroliqadakı rəqibi APOEL-in Bakı planı məlum olub.

İdmanxeber az-ın məlumatına görə, Nikosiya təmsilçisi ölkəmizə çarter reysilə oyundan bir gün əvvəl, oktyabrın 23-də saat 13:30-da gələcək. Oyundan sonra isə APOEL eyni reyslə geri qayıdacaq.

Xatırladaq ki, “Qarabağ” – APOEL görüşü oktyabrın 24-ü saat 20:55-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

   

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43