“AZAL-la bizi çətin oyun gözləyir. Onlar çempionata yaxşı start götürüblər və səhv etmirəmsə 4 qələbə də qazanıblar. Biz bu çətin səfərdən qələbə qazanaraq itirdiyimiz xalları yenidən bərpa etmək istəyirik”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.
Cənub klubunun müdafiəçisi “Bakı” ilə oyunda qaznılan qələbənin komanda daxilində ab-havanı yüksəltdiyini bildirib:
“Bakı” üzərində qazandığımız qələbə bizim gücümüzü daha da artırıb. Özünəinam artıb uşaqlarda. Məhz buna görə, bu uğurlu seriyanı davam etdirmək üçün səfərdə qələbə qazanmağa çalışacağıq. AZAL-ın maraqlı oyun olacağını düşünürəm”.
Ramaldanov daha sonra komandasının 7 oyunda cəmi 3 qol vurmasına belə aydınlıq gətirib:
“Bəzi futbolçularımız yenidi, digərlərinin isə bəxti gətirmir. Biz bir neçə oyunlarda şansızlığımızın qurbanı olduq. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Bizim hücumçuların vuran ayağı var”.
“Ağ-yaşıllar”ın 27 yaşlı futbolçusu sabahkı oyunda Skarlatakenin oynamamasını elə də ciddi itki saymır:
“Komanda bir oyunçudan ibarət deyil. Skarlatake oynamayacaq, digəri oynayar. Bizim komandada əvəzedilməz oyunçu yoxdu“.