Premyer Liqanın VIII turu çərçivəsində Lənkəranda "Xəzər Lənkəran"la qarşılaşacaq "İnter" bu gün Cənub şəhərinə yola düşüb.
Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.
"Bankirlər"in rəsmisi bildirib ki, "Bakı" ilə oyunda ayağında ağrılar hiss edən rusiyalı müdafiəçi Salukvadze sabahkı oyunda meydana çıxa bilər:
"Bugün komanda Lənkərana yola düşüb. Axşam saat 19:00-da komandanın "Fırtınalar meydanı"nda məşqə çıxması gözlənilir. Salukvadzeyə gəlincə isə o, tam formasında deyil. Meydana çıxması üçün zədə cəhətdən heç bir əngəl yoxdu. Lakin Sxadadzenin qərarından asılı olacaq".