Bugün “Barselona”nın ulduz futbolçusu Lionel Messi vergidən yayındığı iddiası ilə məhkəmə qarşısına çıxıb.
Argentinalı futbolçu məhkəmə binasına gələrkən bir qrup “Barsa” fanatı onu qarşılayıb və bir sıra dəstək şüarları səsləndiriblər.
Xatırladaq ki, Messi 2007, 2008 və 2009-cu il vergi deklarasiyalarında saxtakarlığa yol verdiyinə görə ittiham edilir.