Yenidən milliyə dəvət çağırılan Mahir Şükürov Norveçlə oyunda alınan yenilgini şərh edib.
İdmanxeber.com-un məlumatına görə, yığmanın “4” nömrəsi məğlub olduqları oyunla bağlı bunları dedi:
“Məşqçilər bizə oyuna görə təşəkkür etdi. Bilirdik ki, standart vəziyyətlər yığmamızın ən zəif cəhətidi. Bu tsikldə altı qolu standart vəziyyətlərdən buraxmışıq. Bunun üzərində çalışmağımız lazımdı. Azarkeşlər sağ olsunlar ki, gəlib bizi dəstəklədilər”.