“Oyun qabağı problem var idi heyyətdə. Dörd əsas futbolçumuz müəyyən səbəblərdən oyunu buraxmalı idi. Hakimdən narazılığım sarı vərəqələri birtərəfli verməsi idi. Yekunda qırmızı və yenə 10 nəfərlə mübarizə aparmalı olduq. İnan, bu cavanlara mənfi təsir edir. Səhvlərində eyni hakimlər tərəfindən olması şəxsən məndə sual yaradır”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında Elbrus Məmmədov deyib.
“Xəzər Lənkəran”ın baş məşqçisi “Qəbələ” ilə oyunda hakim idarəçiliyinin zəif olmasından danışarkən, referi ilə bağlı şikayət etməyəcəklərini bildirib:
“Şikayət etməyəcəyik. Niyə edək? Cəza alacaq nə olsun? Və ya almasa nə… Oyun getdi komandanın əziyyəti və motivasiyası pozuldu. Hakim “Qəbələ”nin bizdən xal almasında vasitəçi oldu”.

