23 İyul 2026
Dünyadan

Erməni futbolçu “yaşasın Azərbaycan” deyən futbolçunu təbrik etdi (VİDEO)

İran çempionatının son turunda “Traktor Sazi” səfərdə “Paykan”ın qonağı olub.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma Təbriz klubunun qələbəsi ilə yekunlaşıb – 2:0.

Qollardan birinin müəllifi Edinyo olub. Qol sevincini azarkeşlərlə bolüşən futbolçu maykasının üzərində “Yaşasın Azərbaycan” sözlərini sevinclə hər kəsə göstərib. “Traktorsazi”nin  şərəfini qoruyan erməni  futbolçu Andranik Teymuriyan da Edinyonu qucaqlayaraq təbrik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43