23 İyul 2026
Kateqoriyasız

“Neftçi”ni sevindirən xəbər

“Neftçi”nin futbolçusu Rauf Əliyev sağalıb.

İdmanxeber.com-un məlumatına görə, suçiçəyi xəstəliyinə düçar olan Əliyev bir müddət idi ki, komandasına kömək edə bilmirdi. 

Azərbaycan Premyer Liqasının son 4 turunu bu səbəbdən buraxan futbolçu artıq tam sağalıb. Səhhəti yaxşılaşan 26 yaşlı hücumçu, nəhayət ki, məşqlərə başlayıb.

Onun qarşıdakı turda “Sumqayıt”la matçda meydana çıxma ehtimalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43