23 İyul 2026
Kateqoriyasız

Böyükağa Hacıyevdən Arif Əsədova: “İstefa vermək kişilik əlamətidi”

“Neftçi” bir pəncərədi, hər gələn baxıb gedər. Mən də burda çox oldum. “Neftçi” bugünləri əvvəlki “Neftçi” deyil. Bunu qəbul etmək lazımdı. Mənim dövrümdə də bu futbolçular idi. Necə olurdu nəticə qazanırdım?”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev “Neftçi”nin hazırkı baş məşqçisi Arif Əsədova da “ilişməyi” unutmayıb:

“İstefa vermək kişilik əlamətidi. Gözləmə ki, kimsə səni qovsun, gedəsən. Özün istefa ərizəni yaz, çıx, get”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43