23 İyun 2026
Dünyadan

“Barselona”nın futbolçusu “Mançester Siti”yə keçməyə razı oldu

“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, almaniyalı qolkiper “Mançester Siti”nin ona göndərdiyi təklifə “hə” cavabı verib. 

İngilislərin qapıçının transferi üçün katalonlara 25 milyon avro dəyərində müqavilə təklif edib. “Barsa”nın bu təklifi müsbət cavablandıracağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43