18 İyun 2026
Kateqoriyasız

“Sumqayıt” 3 futbolçusunu qovdu

Mövsüm başa çatmamış “Sumqayıt” 3 futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi müdafiəçi Emin Mehdiyev, yarımmüdafiəçilər Uğur Pamuk və Tofiq Mikayılovla müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. 

Adıçəkilən futbolçuların zəif oyunu və tez-tez intizamsızlığa yol vermələri məşqçilər korpusunun onlara qapını göstərməsinə gətirib çıxardıb.

Qeyd edək ki, Uğur Pamuk bu mövsüm Premyer Liqada 25, Emin Mehdiyev 20, Tofiq Mikayılov isə 18 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43