19 İyun 2026
Kateqoriyasız

“Əlincə” şəhidləri belə yad etdi (VİDEO)

Bu gün “Əlincə” komandası U-16 Liqasında növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, öz meydanında AZAL-ı qəbul edən komanda şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq meydançaya üzərində şəhidlərimizin adları yazılan qara köynəklər və “Şəhidlərin qəbri qəlbimizdədi” pankartı ilə çıxıb.

Arenada Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bundan sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn “Əlincə”nin bütün futbolçuları ilk qoldan sonra ordumuza dəstək əlaməti olaraq əsgər salamı veriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43