23 İyul 2026
Kateqoriyasız

“Neftçi”nin sabiq futbolçusu qol vurdu, “Traktorsazi” qələbə qazandı

İran çempionatında 29-cu tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, Təbrizin “Traktorsazi” klubu Tehranda “İstiqlal”la qarşılaşıb. Oyun Təbriz təmsilçisinin 3:2 hesablı qələbəsiylə nəticələnib. Matçda “Traktorsazi”nin qollarından birinə “Neftçi”nin sabiq futbolçusu Karlos Kardoso imza atıb.

Hazırda hesabında 48 xal olan “Traktorsazi” 4-cü pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43