2015/2016 mövsümünün sonunda “Qarabağ”dan ayrılan Samuel Armenterosun yeni klubu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, isveçli hücumçusu yenidən sabiq komandası “Herenven”ə qayıdıb.
Artıq 26 yaşlı futbolçunun Hollandiya təmsilçisi ilə razılığa gəldiyi bildirilir. Armenterosun yaxın günlərdə yeni klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

