23 Oktyabr 2024
Kateqoriyasız

Fransada 323 nəfər azarkeş saxlanılıb

Fransada təşkil edilən Avropa çempionatında azarkeşlər arasında qarşıdurmalar yaşanır.

İdmanxeber.com-un məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi qitə birinciliyi zamanı həbs edilən azarkeşlərlə bağlı bəyanat yayıb. 

Həmin bəyanatda turnirin ilk günündən bəri saxlanılan fanatların sayı qeyd edilib. Belə ki, nazirlik indiyə qədər 323 müxtəlif ölkə vətəndaşının dava-dalaşda iştirakına görə saxlanıldığını bildirib.

Onlardan 196-sı hazırda da polis nəzarətindədi. Qalanları isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43