24 Oktyabr 2024
Kateqoriyasız

“Kəpəz”in ilk rəqibi bəlli oldu

“Kəpəz” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, komanda iyunun 11-dən Ərzurumda hazırlaşır.

Toplanış müddətində “sarı-göylər” yoxlama oyunları da keçirəcək. Gəncə klubunun rəqiblərindən birinin adı artıq bəlli olub. “Kəpəz” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qarşılaşacaq. Bu komanda müxtəlif yaş qrupları üzrə millilərə namizəd gənc futbolçulardan təşkil olunub. Yoxlama matçı iyunun 18-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43