22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” Avstriyadadı

Bu gün saat 13:00-da Bakı-İstanbul- Münhen reysi ilə ölkəni tərk edən “Qarabağ” yerli vaxtla saat 19:00-da Münhenə çatıb.

İdmanxeber.com-un məlumatına görə, bu xəbər klubun rəsmi saytında yer alıb.

Daha sonra isə heyət Bavariya əyalətinin ən böyük şəhərindən avtobusla təlim-məşq toplanışı keçirəcəyi Kössen qəsəbəsinə yollanıb. Təxminən saat yarımlıq yolçuluqdan sonra komanda Alp dağlarının yamacında məskunlaşacağı otelə çatıb. 

Axşam yeməyindən sonra isə futbolçular istirahətə çəkilib. Sabahdan “Qarabağ” klubu məşqlərə başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43