22 Oktyabr 2024
Kateqoriyasız

Ronaldodan böyük hörmətsizlik – forma dəyişmədi

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Avro-2016”da İslandiya ilə oyun başa çatandan sonra rəqib futbolçu Aron Qunnarssona hörmətsizlik edib.

İdmanxeber.com-un məlumatına görə, islandiyalı iki dəfə Ronaldodan formalarını dəyişməyə xahiş etsə də, “Real”ın hücumçusu bundan imtina edib.

Qunnarsson üçüncü dəfə Ronaldoya müraciət etdikdə isə o belə cavab verib: “Sən axı kimsən ki, forma da dəyişim?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43