22 Oktyabr 2024
Kateqoriyasız

Şahin Diniyev: “Transferlərdən razılığımı ifadə edə bilərəm”

İyunun 12-dən Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçən “Kəpəz” hazırlığın ilk beş günlük mərhələsini başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Şahin Diniyev Türkiyə toplanışını kapazpfc.az saytına dəyərləndirib: 

“Uşaqlar səylə, əzmlə məşqlərdə iştirak edirlər. Verilən tapşırıqları maksimum şəkildə yerinə yetiməyə çalışırlar. Hər bir futbolçu Avropa Liqasında çıxış etməyin məsuliyyətini yaxşı dərk edir. Hazırlıq prosesinin gedişatından razıyam. Qarşıdakı yoxlama oyununda oyunçuların yaxşı çıxış edəcəyinə inanıram. Transferlərdən də razılığımı ifadə edə bilərəm. Sadəcə, komandaya yeni qoşulduqları üçün oyun sistemimizə tam uyğunlaşmayıblar deyə bir qədər çətinlik çəkirlər. Bu da zamana bağlı məsələdir. Düşünürəm ki, toplanışın sonuna kimi onlar da tam adaptasiya olub, komandaya xeyir verəcəklər”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43