23 Oktyabr 2024
Kateqoriyasız

Yağış “Qarabağ”ın məşqinə mane olmadı (ŞƏKİLLƏR)

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk məşqini fitnes zalında keçirən komandanın ikinci məşqi yağışlı hava şəraitində davam edib.

Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçi Qurban Qurbanov onlara uğurlar arzulayıb və yeni transfer Arif Daşdəmirovu komandaya təqdim edib.

Toplanışa qoşulan Riçard Almeyda, Reynaldo Silva və Migel Madera da məşqdə iştirak edib.

Məşqə yüngül fiziki hazırlıqlarla başlayan komanda daha sonra kross qaçışı ilə çalışmalarını davam etdirib. Sonda futbolçular toplu çalışmalardan yararlanıb.





















İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43