23 İyun 2026
Ölkə futbolu

“Zirə” – “Göztəpə” matçında qollu heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ikinci yoxlama oyununu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “qartallar” qardaş ölkənin “Göztəpə” ilə üz-üzə gəlib.

Oyun 1-1 hesabı ilə başa çatdı. Qarşılaşmanın ilk dəqiqələrindən sürətli hücumlar həyata keçirən Adil Şükürovun rəhbərlik etdiyi kollektiv tezliklə hesabı açdı. Təmkin Xəlilzadənin qapı qarşısına ötürməsindən sonra müdafiəçilər topu uzaqlaşdıra bilmədilər və kapitan Elvin Məmmədov dəqiq zərbə endirdi. Ancaq fasilədən sonra rəqib hesabı bərabərləşdirdi. Oyun 1-1 hesabı ilə başa çatdı. 
“Zirə” – “Göztəpə” 1-1
Qollar: Elvin Məmmədov, 11; Tayfur Bingöl, 55.
“Zirə”: Anar Nəzirov, Yovan Krneta, Migel Lorenso, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Təmkin Xəlilzadə, Gerhard Proqni, Murad Səttarlı.
Ehtiyat oyunçular: Kamal Bayramov, Abdulla Seydəhmədov, Adil Nağıyev, Cəmil Hacıyev, İkin Muradov, Elgün Nəbiyev, Yamin Ağakərimzadə, Vüsal İskəndərli, Nurlan Novruzov, Yasin Həmid.
Baş məşqçi: Adil Şükürov.

“Göztəpə”: Günay Güvenç, Tanju Kayhan, Emre Can Coşkun, Leo Şeklen, Mehmet Erdem Uğurlu, Jan-Jokue Qosso, Prins Seqbefia, Gökhan Karadeniz, Tayfur Bingöl, Famoussa Kone, Umut Nayir.
Ehtiyat oyunçular: Göktuğ Bakırbaş, Cemil Vatansever, Fatih Kurucuk, Salim İyik, Hakan Barış, Halil Akbunar, Emre Aygün, Soner Dikmen, Burak Çolak, İsmail Köse, Benjamin Fuks.
Baş məşqçi: Okan Buruk


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43