Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, bu turnirdəki təmsilçimiz "Qəbələ" Fransanın "Lill" klubu ilə cavab oyununda üz-üzə gələcək.
Səfərdə keçirilən oyunda qollu heç-heçə edən Roman Qriqorçukun yetirmələrinə "Bakcell Arena"da 0:0-lı heç-heçə də bəs edər ki, komanda tur adlasın.
Əgər "qırmızı-qaralar" mərhələni keçsə, ardıcıl üçüncü dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq.
8-ci kilometr qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” bu mərhələyə qədər Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırıb.
4 avqust
Avropa Liqası
III təsnifat mərhələsinin cavab oyunu
21:00. “Qəbələ” (Azərbaycan) 1-0 “Lill” (Fransa)
Qol: Ozobiç 34.
İlk oyun – 1:1
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
Bakı. 8-ci km qəsəbə stadionu