22 Oktyabr 2024
İdman

Mahmudovun komandası növbəti xalını qazandı

Futbol üzrə Portuqaliya Premyer Liqasında 3-cü turun oyunları baş tutub. 

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Emin Mahmudovun komandası “Boavişta” da növbəti matçını keçirib.

Adıçəkilən klub doğma meydanda “Çaves”lə qarşılaşıb. Mahmudovun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Emin Azərbaycan yığmasının Bakıdakı təlim-məşq toplanışına qatıldığı üçün bu matçın iştirakçısı olmayıb.

Qeyd edək ki, “Boavişta” 3 turdan sonra 5 xalla 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43