24 İyun 2026
İdman

İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdi

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdirilib. 

İdmanxeber.com-un məlumatına görə, yığıncaq bu gün əvvəlcədən nəzərdə tutulduğu saatda baş tutmayacaq.

 

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçiriləcək tədbir saat 18:00-da deyil, 19:00-da başlayacaq.

 

Qeyd edək ki, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyəcəklər.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43