28 İyul 2026
İdman

“Sumqayıt”da yeni müqavilə – FOTO

“Sumqayıt” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, Vurğun Hüseynov və Cavid Tağıyevin ardından Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 25 yaşlı futbolçu daha 1 il komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Bəxtiyar 2017/2018 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə) və 2 qol vurub. 2011-ci ildən “Sumqayıt”da çıxış edən müdafiəçi klubun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43